Hərbi strateji düşüncənin əhəmiyyəti: “Sabit” yoxsa “İnkişaf” baxış bucağı?

2019/02/large-1550228894.jpg
Oxunub: 1593     15:58     15 Fevral 2019    
“Hərbi dahilərin əsas xüsusiyyətlərinin nə olduğunu araşdırsaq, görərik ki, bu kreativlikdən çox sorğulayıcılıq, xüsusi yanaşmadan çox kompleks yanaşma, həyəcandan çox sakitlik tələb edir”, - Karl Klozviç “Müharibə Barəsində” kitabında qeyd edib.

Dəyişməkdə olan təhlükəsizlik şəraiti hərbi qüvvələri bəziləri proqnozlaşdırıla bilən, bəziləri isə ağlımıza gəlməsi mümkün olmayan istiqamətlərdə dəyişdirəcək. Gələcək hərbi qüvvələrdən dəyişkən şəraitdə döyüşməyi tələb edərkən, müharibələr daha çox bir-biri ilə əlaqəli, sıxışdırılmış və bulanıq olacaq. Belə bir şəraitdə hər bir əsgər individual hərəkətlərinin strateji nəticələrini başa düşməli, hər bir lider isə öz plan, əmr və direktivlərinin reallıqla uyğunluğunu və aydın strateji məqsədə xidmət etdiyini yoxlamalıdır. Qısaca desək, qoşunlar taktiki cəhətdən etibarlı, əməliyyatlar cəhətdən bacarıqlı və strateji cəhətdən məlumatlı olmalıdır.

Əgər hərbi qoşunlar əsgərlərinə strateji baxış bucağının əhəmiyyətini bu gün öyrədərsə, onlar gələcəyin problemlərini həll edə biləcək liderlərə sahib olacaq. Baxış bucağını əvvəlcədən formalaşdırmaq, bu sadə bir qiymətləndirmə, yaxud təlim belə ola bilər. Bu, orduya imkan verəcək ki, gələcəkdə yeni şərtlərə uyğunlaşa bilən, kompleks problemləri həll edən və hərəkətlərin nəticələrini başa düşən liderlər yetişdirsin.

Baxış bucağı haqqında yanlış formalaşmış fikrilərdən biri odur ki, bu yalnız yüksək rütbəli şəxslərdə olmalıdır. Lakin ən aşağı vəzifədən başlayaraq ortaq strateji baxış bucağı qoşunlar daxilində əməkdaşlığı asanlaşdırır. İstənilən bir işçi, yaxud əsgər yüksək səviyyədə bir strateji məqsədə xidmət etdiyini anlayaraq öz hərəkətlərinin də məsuliyyətini üzərinə götürə bilər.

Ən sadə izahı ilə baxış bucağı “mental davranış və meyl”dir. Bütün psixoloqlar razıdır ki, hər bir şəxsin problemləri həll etmədə individual baxış bucağı olur, lakin bunun nə qədər dəyişdirilə bilən olduğu hələ də müzakirə edilir. Bəziləri onun ailədən, yaxud böyüdülmüş ətraf mühitdən asılı olduğunu müdafiə edir. “Sabit” baxış bucağına malik insanlar düşünür ki, onların savadı, xarakteri və bacarıqları sabitdir və çox dəyişə bilməz. “İnkişaf” baxış bucağı isə onların zamanla inkişaf etdiyi və dəyişdiyini qəbul edir. Bu düşüncəyə sahib insanlar çətinlikləri qavrayır, davamlılığını qoruyur, tənqidlərdən dərs çıxarır və digərlərindən ilham alır. Buradakı əsas fikir budur: Əgər insanın düzgün baxış bucağı varsa, o problemlərə onların optimal həlli tapmağı asanlaşdıracaq şəkildə yanaşacaq.

Baxış bucağı nəzəriyyəsini hərbidə istifadə etməyin bir neçə üstünlüyü var. Birincisi budur ki, strategiya elə bir sahədir ki tarix, beynəlxalq münasibətlər, sosiologiya, əməliyyat sənəti, kəşfiyyat, psixologiya, siyasət elmi və bir çox digər sahəni əhatə edir. Buna görə də, dəqiq elmlərdən fərqli olaraq o, şərhə və müzakirəyə açıqdır. Növbəti məsələ isə odur ki, konkret strateji düşüncə modeli formalaşdırmaq əhəmiyyətlidir, lakin təhlükəli ola bilər. Ona görə ki, hər bir model öz daxilində müəyyən fərziyyələrə əsaslanır və əgər bunlardan biri müəyyən konteksdə doğru olmazsa, modelin işə yararlılığı da sual altında qalacaq. Bundan əlavə, strateji problemlər, adətən, əvvəllər heç vaxt baş verməmiş, yeni çətinliklər olur və buna görə də hansısa sabit bir modeli tətbiq edərək həll etmək mümkün olmur. Son olaraq, strateji səviyyədəki problemlər kompleks sistemləri ehtiva edir. Yəni problemin birinci mərhələsini həll etdikdə ikinci mərhələdə təmamilə yeni şərtlər ortaya çıxır və bu açıq, dəyişikliyə adaptasiya ola bilən bir baxış bucağı tələb edir.

Buna görə də, gənc əsgərlərə nəyi düşünmək yox necə düşünmək öyrədilməlidir. Əgər bir əsgər düzgün baxış bucağına sahibdirsə, ehtiyacı olan informasiyanı axtarıb tapacaq və ən yaxşı həlli aşkarlayacaq.

Strateji baxış bucağı - “Gələcəyin Ehtiyacı”

Sabah nə olacağını heç vaxt əminliklə proqnozlaşdıra bilmərik. Buna baxmayaraq, ətrafımızda baş verənləri müəyyən etmək, kateqoriyalaşdırmaq və dəqiqləşdirmək ən sadə insan xüsusiyyətlərindən biridir. Hadisələri daha tanış və həll edilə bilən etmək istəyirik, buna görədir ki, insan oğlu strukturlar və vasitələr yaratmaqda ustadır. Belə olduqda hər şəraitə görə dəyişə bilən, vahid və sabit olmayan baxış bucağı formalaşdırmaq kifayət qədər çətindir. Bu status-kvonu pozur və insanlar tanış olmayandan, qeyri-müəyyən, fərqli olandan həmişə qorxur. Ancaq təkamülün özünün belə əsasında dəyişikliklərə adaptasiya olmaq dayanır, yalnız ətraf mühitdəki yeniliklərə uyğunlaşa bilən növlər sağ qalaraq növbəti mərhələyə keçə bilir. Buna görə də, gələcəyin dinamik, çoxsahəli və kompleks təhlükəsizlik mühitini nəzərə alaraq indidən orduda, xüsusilə gənc işçilər arasında “İnkişaf” baxış bucağının formalaşdırılmasına çalışmalıyıq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Strateji-düşüncə   Hərb  

Hərbi strateji düşüncənin əhəmiyyəti: “Sabit” yoxsa “İnkişaf” baxış bucağı?

2019/02/large-1550228894.jpg
Oxunub: 1594     15:58     15 Fevral 2019    