Ordu.az xəbər verir ki, bu sözləri dünən Ermənistan Müdafiə naziri Davit Tonoyan jurnalistlərə 83 nəfərdən ibarət erməni hərbi heyətinin Suriyaya göndərilməsi məsələsi ilə bağlı ABŞ-ın mövqeyini şərh edərkən deyib.
O, Suriyaya Ermənistan tərəfindən hərbi heyətin göndərilməsini geosiyasi ziddiyyətlərlə əlaqələndirərək, hətta ABŞ-ın bəyanatının spekulyasiya xarakterli olduğunu işarə edib.
"Bəzi geosiyasi ziddiyyətlər var, lakin Ermənistan tərəfindən, erməni icmasının da bir hissəsini təşkil etdiyi Suriyaya yardım edilməsi mənəvi baxımdan zərərsizdir və spekulyasiyaya səbəb ola bilməz".
Xatırladaq ki, ABŞ Dövlət Departamenti 83 nəfərdən ibarət erməni hərbi heyətinin Suriyaya göndərilməsinə mənfi reaksiya verib və qeyd edilib ki, erməni mütəxəssislərin Suriya silahlı qüvvələri ilə əməkdaşlıqda iştirakını dəstəkləmir. Həmçinin bu missiya çərçivəsində Rusiya ilə Ermənistanın əməkdaşlığının da əleyhinədir.
Alpər Mövludoğlu
Ordu.az