ABŞ-dan Paşinyana zərbə: Suriya hərbi qüvvələri ilə heç bir əlaqəni dəstəkləmirik

2019/02/eng14-1550046916.jpg
Oxunub: 9618     12:34     13 Fevral 2019    
Birləşmiş Ştatların Ermənistandakı səfirliyi Vaşinqtonun müxtəlif dünya ölkələrinin Suriyadakı vəziyyətlə bağlı humanitar tədbirlərinə qarşı mövqeyini bir daha xatırladıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, səfirlik Ermənistan hökumətinin Suriyaya tibbi və mina zərərsizləşdirmə heyətinin göndərilməsi qərarının bəyənilmədiyini vurğulayıb.

“Biz digər dövlətlərin Suriyadakı humanitar vəziyyətə cavab tədbirləri görmək istəyini anlayır və Yaxın Şərqdəki dini azlıqlarla bağlı narahatlıqları bölüşürük. Lakin istər təbiət etibarilə mülki yardım xarakterli, istərsə də hərbi olmasından asılı olmayaraq, Suriya hərbi qüvvələri ilə istənilən əlaqəni dəstəkləmirik”, - deyə səfirlik bəyan edib.

Bəyanatda o da qeyd edilib ki, Birləşmiş Ştatlar həm də bu missiya ilə bağlı Ermənistan və Rusiya arasındakı hər hansı bir əməkdaşlığı da dəstəkləmir.

“Rusiya mülki şəxslərin qətli, humanitar faciənin dərinləşməsində Əsəd rejimi ilə partnyorluq edib. Rusiya Əsəd rejimini müdafiə etməyə və qlobal arenada öz dəhşətlərinə davam edir”, - deyə bəyanatda bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Paşinyan   Suriya  


Bizi "telegram"da izləyin