Ermənistan məhkəməsi rus hərbi qulluqçu ilə bağlı şikayətin istintaqını təxirə salıb

2019/02/38224-1550039977.jpg
Oxunub: 6951     10:38     13 Fevral 2019    
Rus hərbi qulluqçunun Gümrüdəki hərbi bazadan Ermənistanın cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı şikayətin istintaqı bir ay müddətinə təxirə salınıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Culietta Quqasyanın hüquqi varisləri onun öldürülməsində ittiham edilən rus hərbi qulluqçunun Rusiyaya məxsus hərbi bazadan Ermənistan cəzaçəkmə müəssisəsinə köçürülməsində təkid etsələr də, dünən Şirak vilayət məhkəməsində Gümrüdə döyülərək öldürülən Culietta Quqasyanın hüquqi varisinin vəkili tərəfindən verilən şikayətin istintaqı bir ay müddətinə təxirə salınıb.

Qadını döyərək öldürən rus hərbi qulluqçu Andrey Razqildeyevin hərbi bazadan Ermənistan cəzaçəkmə müəssisəsinə köçürülməsilə bağlı şikayət icraata qəbul edilib. Məhkəmə iclasının başlaması ilə iclasın bağlı qapılar arxasında aparılmasına əsas olmadığına qərar verilib. Lakin Şirak vilayət məhkəməsinin hakimi verilən şikayəti rədd edərək, istintaq idarəsinin şikayətlə bağlı materialları təqdim etmədiyini bildirib. Bununla da məhkəmənin növbəti iclası martın 15-nə təyin edilib.

İcraatı həyata keçirdən orqan ötən il dekabrın 29-da verdiyi qərara əsasən Razqildeyevin rus hərbi bazasından Ermənistan cəzaçəkmə müəssisəsinə köçürülməsinə dair vəsadəti təmamilə rədd edib. Şirak vilayət istintaq komitəsinin rəis müavini vəzifəsini icra edən Samvelyan vəsadətin rədd edilməsi haqqında qərarında qeyd edib ki, həbs edildikdən sonra Razqildeyevin rus hərbi bazasından Ermənistan cəzaçəkmə müəssisəsinə köçürülməsi Rusiya Federasiyasının qanunvericiliyinə ziddir. Zərərçəkənin hüquqi varisinin vəkilləri keçən ayın 17-də Şirak prokuroruna işin istintaqının aparılmasını həyata keçirən orqan tərəfindən dekabrın 29-da vəsadətin rədd edilməsi ilə bağlı qərarını şikayət edib.

Xatırladaq ki, ötən il dekabrın 2-də Gümrü şəhər sakini, küçə təmizləyicisi 57 yaşlı Culietta Quqasyan Gümrüdəki 102-ci rus hərbi bazasının hərbi qulluqçusu Andrey Razqildeyev tərəfindən döyülərək öldürülüb. Dekabrın 11-də 102-ci hərbi baza ərazisində xidmətdə olan Razqildeyev Ermənistan istintaq komitəsinin müstəntiqi və Rusiya Federasiyası səlahiyyətli orqan nümayəndəsi tərəfindən saxlanılıb. Ona şüurlu şəkildə sağlamlığa ziyan vurulması nəticəsində diqqətsizlikdən zərərçəkənin ölümünə səbəb olma maddəsi ilə cinayət işi qaldırılıb. Dekabrın 12-də Şirak vilayət məhkəməsinin qərarı ilə rus hərbi qulluqçu ilə bağlı həbs qərarı verilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   102-baza  


Bizi "telegram"da izləyin