Putin-Paşinyan görüşündə gündəm: Qarabağ məsələsi, yoxsa təbii qazın qiyməti?

2018/12/5546_-1545475555.jpg
Oxunub: 2656     14:43     22 Dekabr 2018    
Növbəti həftə Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Rusiyaya səfəri gözlənilir.

Ordu.az xəbər verir ki, bu barədə dekabrın 20-də Rusiya prezidenti Vladimir Putin keçirdiyi mətbuat konfransında bildirib.

Maraqlıdır ki, Ermənistanda həmişə olduğu kimi bu səfər barədə də məlumatı Ermənistan hökumətindən yox, RF prezidentindən eşidiblər. Bu əlamət yenə də Rusiya-Ermənistan münasibətlərindəki anlaşılmazlıqlardan xəbər verir. Bu səfər zamanı Qarabağ məsələsi, təbii qazın qiyməti, laboratoriyaların fəaliyyəti üzrə rus-erməni müqaviləsi, yoxsa ABŞ-ın təzyiqləri barədə Karasinin ümumi bəyanatlarının müzakirə ediləcəyi məlum deyil.

Xatırladaq ki, əldə edilən məlumatlara görə, Rusiya Federasiyasının Baş nazirinin müavini Dmitri Kozak Ermənistan Baş nazirinin müavini Tiqran Avinyana göndərdiyi məktubda Rusiyadan idxal edilən təbii qazın qiymətinin 1000 m3 görə 215 dollar təyin edildiyi və bu qiymətin müzakirə mövzusu olmadığı bildirilib. Hazırda Ermənistan qazı 150 dollara alır. 31 dekabrda Rusiya qazının idxalına dair müqavilənin müddəti başa çatdığına görə qazla bağlı son qiymətə 27 dekabr tarixində qərar veriləcəyi bildirilib.

Ermənistanın Enerji İnfrastrukturu və Təbii Ehtiyatlar naziri vəzifəsini icra edən Qareqin Bağramyan 10 gün əvvəl bəyan edib ki, qazın son qiyməti danışıqlar başa çatdıqdan sonra elan olunacaq.

Erməni KİV-lərinə verdiyi müsahibədə rusiyalı politoloq Aleksandr Skakov Paşinyan-Putin görüşünə toxunarkən bildirib ki, telefon danışıqları ilə dəf etməyin çətin olduğu bəzi yığılıb qalmış məsələlər var, tez-tez baş tutan görüşlər yaxşı haldır.

Onun fikrincə, əsas məsələ barəsində söhbətlərin kifayət qədər fəallaşdığı Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi prosesi olacaq. O, qeyd edib ki, Azərbaycan tərəfi danışıqlar prosesinin irəli aparılması məqsədilə fəal iş aparır.

Skakov qeyd edib ki, Ermənistan üçün isə əsas məsələ təbi qazın qiymətidir.

“Ermənistanın rəhbəri Paşinyan vəd edib ki, qazın qiyməti aşağı düşəcək. Yüksək səviyyəli öncəki görüşlərdə də bu məsələ müzakirə olunub. Qeyd edilib ki, sərhəddə qazın qiymətinin hiss olunacaq dərəcədə artmasına Rusiya prezidenti təəccüblənib. Hesab edirəm ki, qazın qiyməti istənilən halda daxili siyasi dividentlərin predmeti olacaq. Əlbəttə qiymət artarsa, bu yeni hökumətin nüfuzuna zərbə vuracaq, bu, Ermənistan hakimiyyəti üçün arzu olunmayan hal olardı. Buna görə də heç olmasa mövcud qiymət səviyyəsində saxlamaq üçün fəal iş aparmalıdırlar”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Putin-Paşinyan görüşündə gündəm: Qarabağ məsələsi, yoxsa təbii qazın qiyməti?

2018/12/5546_-1545475555.jpg
Oxunub: 2657     14:43     22 Dekabr 2018    