Rusiyanın Azərbaycana “Bal-E” kompleksini satmaması faciə deyil – HƏRBİ EKSPERT (ANALİZ)

2018/12/34534-1544254598.jpg
Oxunub: 1846     11:13     08 Dekabr 2018    
Ötən günlər ərzində KİV-lərdə Rusiyanın Azərbaycana “Bal-E” (E-eksport versiyası) Sahil Raket Kompleksini (SRK) satmayacağı ilə bağlı xəbərlər yayıldı. Rusiya Müdafiə Nazirliyindəki mənbələr bunu Moskvanın Azərbaycanın Xəzərdə güclənməsini istəməməsi ilə əlaqələndirdi, digərləri isə bu komplekslərin yerüstü hədəflərə qarşı istifadə imkanına sahib olması ilə əlaqədar onsuz da Rusiya ilə münasibətləri qırılma nöqtəsinə gəlmiş İrəvanı küsdürməmək üçün atılan addım olaraq dəyərləndirdi. Rusiya Müdafiə Nazirliyinin digər bir rəsmisi isə bu silahların Dağlıq Qarabağda istifadə edilməsini istəmədiklərini açıq şəkildə bəyan etdi.

Lakin hər bir kəsi bir sual düşündürür... Azərbaycan kifayət qədər çox sayda Rusiya istehsalı olan silah sistemlərinə malikdir, onların ehtiyat hissəsləri və sursatları isə Rusiyadan alınır. Azərbaycan tez-gec öz torpaqlarını yalnız müharibə yolu ilə qaytarmaq məcburiyyətində qalacaq. Döyüş əməliyyatları başlayanda sərf edilən döyüş sursat dəstlərinin yerini doldurmaq lazım gəldikdə, Rusiyadakı hansısa məmur bu gün işlətdiyi "bu silahların Dağlıq Qarabağda istifadə edilməsini istəmədiklərini" ifadəsini təkrar etsə nə baş verəcək? Döyüş əməliyyatları zamanı yeni istehsalçı axtarışı heç də münasib variant deyil.

Əslində Rusiyanın hansısa sahil raket kompleksini bizə satıb-satmaması texniki bir prosesdir, ciddi bir əhəmiyyətə malik deyil. Çünki dünyada istehsalçıların 80%-i dəyərinin ödənildiyi halda istədiyiniz hər hansı bir qeyri-nüvə sistemlərini Sizə satmaqda heç bir faktoru nəzərə almayacaq. Daha müasir və yeni platformalar əldə edə bilərik.

Qeyd edim ki, 2014-cü ildə bu sistemləri almaq üçün ilk müraciət səslənən zamandan bəri heç nə dəyişməyib. Münaqişə də, Xəzər də yerindədir. Tək dəyişən, Paşinyanın Avropaya və NATO-ya tərəf istiqamət dəyişməsidir. Ən pis variantda ta bu müzakirənin əvvəlində “bağışlayın, bu kompleksi satmaq imkanından məhrumuq, çünki bu bizim maraqlarımıza uyğun deyil” və ya “daxili tələbat və xarici sifarişlərimiz yaxın on ildə digər satış imkanlarımızı məhdudlaşdırır” kimi diplomatik ifadələrlə cəmiyyəti razı salmaq olardı. Rusiya XİN-in bu məlumatları təsdiq və ya təkzib etməməsi, faktın mövcudluğuna işarə edir, bu isə doğrudan da dərin təəssüf hissi doğurur.

Əslində Azərbaycanın “Bal-E” sahil mühafizə komplekslərinə ciddi bir ehtiyacı olduğunu da düşünmürəm. Hazırda müharibə şəraitində olan ordumuzun əsas tələbatı ağır zərbə PUA-larına və stels qırıcılarına yönəlib. Digər istiqamətlərdə tələbat kifayət qədər ödənilib.

Nəzərinizə çatdırım ki, “Bal” kompleksləri heç bir döyüş əməliyyatlarında iştirak etmədiyinə görə onun uğurlu tətbiqləri haqqında məlumata malik deyilik.

Taktiki-texniki xüsusiyyətləri

X-35 raketi ilə atəş məsafəsi - 120 km;
Start mövqeyinin sahil xəttindən uzaqlığı - 10 km-ə qədər;
Hər atıcı qurğuda və nəqliyyat yükləmə maşınında raket sayı - 8-ə qədər;
Yaylım atəşində raketin buraxılma intervalı- 3 saniyədən çox deyil;
Maksimum hərəkət sürəti:
- Şossedə 60 km/s;
- Yolsuzluqda 20 km/s;
Raketin start kütləsi - 620 kq;
Kompleksin sursat dəsti - 64 ədəd raket;
Yanacaq doldurmadan ehtiyat məsafəsi - 850 km-dən az deyil.

Hazırda "Bal" kompleksləri yalnız Rusiya, Venesuela və Vyetnam ordularında istismar edilir. Dünyada heç kimin maraq göstərmədiyi, heç bir hərbi uğura imza atmayan bir sahil mühafizə kompleksinə Azərbaycanın diqqət yetirməsi hədsiz dərəcədə təəccüblüdür. TTX-dan da görünür ki, bu komplekslər unikal bir sistem deyil və onların bugünkü silah bazarında kifayət qədər ciddi rəqibləri mövcuddur. Hər bir silahın və raketin dəyəri onun düşmənə vurduğu ziyanın, batırdığı gəminin və məhv etdiyi qırıcının miqdarı ilə ölçülür. Ağ vərəqdə TTX yazmaq elə də çətin deyil, döyüşdə tətbiq və uğur əldə etmək isə fərqli prosesdir.

Əvvəlcə Azərbaycanın uzun müddət tərəfdaşlıq etdiyi və hər birimizə yaxşı tanış olan MBDA sirkəti tərəfindən istehsal olunan "Exocet" gəmi əleyhinə raketlərindən başlayaq. Fikrimcə, bu raketlər ən ideal seçim hesab edilə bilər. Onun gəmi, təyyarə və sualtı versiyaları 1972-ci ildə silahlanmaya qəbul edilib və bu gün 35 ölkədən potensial alıcılar sifarişi almaq üçün növbə gözləyirlər. 2010-cu ildə Fransanın müdafiə satınalma bürosuna ilk raket tədarükündən sonra 11 müştəriyə, o cümlədən Fransa donanmasına təxminən 500 ədəd yeni versiyada MM40 “Block 3” raketləri satılıb.

Bu kompleksin əsas üstün xüsusiyyəti helikopter, təyyarə, gəmi və ya qurudan atıldıqdan sonra dərhal dəniz səviyyəsinə enməsi və hədəfə doğru uçarkən dəniz səthinin yalnız bir neçə metrliyində hərəkət etməsindən ibarətdir. Bu səbəbdən radar sistemləri onu dəqiq aşkar edə bilmir. Raket çox aşağıdan uçduğu üçün gəmilərin HHM kompleksləri də onu məhv edə bilmir. 500 kq-lıq raket 1000 km/saat sürətlə zərbə endirməklə suüstü hədəflərə kifayət qədər ciddi zərər verir. Bu komplekslərin hələ əvvəlki versiyaları bir çox döyüş əməliyyatlarında imkanlarını nümayiş etdirib. Folkland müharibəsində Argentina tərəfindən istifadə edilən “Exocet” kompleksləri Böyük Britaniyanın HMS “Sheffield” və “Atlantic Conveyor” zirehli döyüş gəmilərini batırıb. Bu zaman Argentinanın əlində cəmi 5 ədəd “Exocet” raketi mövcud idi, onlardan biri isə nasaz idi. İstifadə edilən 4 raket 2 gəmini məhv etməyə imkan verdi. Əgər bu raketlərin sayı 40-50 ədəd olsaydı, Kral Donanmasının vəziyyətinin faciəli olacağı iddiasını inkar etmək elə də asan olmayacaqdı. İngilislər bu faciələrdən sonra “exocet” sözünü artıq dağıdıcı, məhvedici mənasında işlədirlər.

Daha sonra bu komplekslər İran-İraq müharibəsində döyüş sınağından uğurla keçib. İraq bu kompleksləri İran gəmilərinə qarşı uğurla tətbiq edilib. 1987-ci ildə isə İraq HHQ-yə məxsus “Miraj” qırıcısından buraxılan iki “Exocet” raketi radarlar tərəfindən aşkar edilmədən Bəsrə körfəzindəki ABŞ-ın USS “Stark” döyüş gəmisini 37 nəfər ekipaj üzvü ilə birlikdə batırdı. Bütün bunlar “Exocet” kompleksinin imkanlarının nə qədər geniş olduğunu təsdiqləyir. Onun dünyada tək rəqibi “Boeing” şirkətinin AGM-84D “Harpoon” sabit qanadlı raketləridir.

Raketin “Block 3” versiyasının kütləsi 780 kq, uzunluğu isə mühərriklə 6 metrdən az deyil. Güclü reaktiv “Microturbo” TRI-40 mühərriki son dərəcə aşağı yüksəkliklərdə təxminən 200 km zərbə məsafəsini təmin edir.

INS/GPS müasir naviqasiya paketi, üç koordinatlı aralıq nöqtəni proqramlaşdırmağa, traektoriyaların optimallaşdırılmasına və bir neçə raketin eyni zamanda hücumlarının həyata keçirilməsinə imkan verir. “Blok 3” variantında raket, aşağı sürətli partlayıcıya malik zəif həssaslıqlı parçalanan fuqas başlığı ilə təchiz olunur. Hədəflərə hücumun son mərhələsi zamanı adaptiv axtarış və hədəflərin seçilməsi rejiminə malik GPS koordinatlarından istifadə edən özütuşlanan başlıqdan istifadə edilir.

“Exocet” ailəsinin təkmilləşdirilən raketləri düşmənin son hava müdafiə sistemləri ilə mübarizədə mükəmməl nəticələr göstərir.

2018-ci il üçün Fransanın müdafiə büdcəsinə görə, raketin təkmilləşdirilən “Block 3C” variantı 2019-cu ildə təslim ediləcək. Sənəddə ətraflı məlumat verilmir, lakin əvvəlki büdcədə aşağı siqnal yayan hədəflərin ələ keçirilməsi və özütuşlanan başlığın maneələrə qarşı təkmilləşdirilməsi qeyd edilib.

Eyni zamanda, MBDA şirkəti Küveyt tərəfindən “Eurofighter Typhoon” qırıcıları üçün tələb edilən “Marte ER” raketlərinin hava təyinatlı versiyası üzərində işləyir. MBDA şirkəti Azərbaycanla kifayət qədər isti münasibətləri olan “Leonardo” kompaniyasının aviasiya bölməsi ilə “Typhoon” platformasına raketin inteqrasiya imkanlarını qiymətləndirmək üçün birgə texniki-iqtisadi əsaslandırmanın həyata keçirilməsinə artıq başlayıb.

“Marte ER” proqramı uğurla davam edir və 2020-ci ildə silahlanmaya qəbul ediləcəyi planlaşdırılır. 18 ay davam edəcək bu mərhələ iki şirkətin razılaşdırdığı tammiqyaslı inteqrasiya proqramı olacaq. “Marte ER” raketlərinin həm İtaliya HHQ tərəfindən, həm də xüsusi regional qeyri-sabitlik nəzərə alınan Körfəz ölkələri tərəfindən tələb olunması diqqəti cəlb edir. Nəzərə alsaq ki, bir atıcı qurğudan eyni zamanda buraxılan 6 raket hər hansı bir düşmənin müasir HHM sistemini keçməyə qadirdir, o zaman bu raketlərin sürətli kater, freqat və korvetlərlə də mübarizədə öz potensialını daha geniş göstərə biləcəyi real görünür.

Qırıcılar üçün olan versiya, helikopter, dəniz və quru versiyalarından fərqlidir. Onların hamısı mərkəzi qatlama qanadlarla təchiz olunur, qırıcı versiyası isə sabit mərkəzi qanadların mövcudluğu və start mühərrikinin olmaması ilə fərqlənir. Yeni raket təkmilləşdirilmək üçün yaxşı bir potensiala malikdir. MBDA şirkəti artıq döyüş başlığı, idarəetmə və tuşlama sisteminə aid yeni texnologiyaların tətbiqi üzərində işləyir.

“Marte ER” üçün mövcud və inkişaf etməkdə olan texnologiyaların tətbiqinə 2019-ci ilin əvvəlindən etibarən başlamaq planlaşdırılır.

Düşünürəm ki, əgər Azərbaycan tərəfi hansısa yeni sahil mühafizə kompleksi əldə edəcəksə, o zaman “Exocet” raketlərini bir nömrəli namizəd kimi nəzərdən keçirə bilər. “Marte” layihəsi də maraqlıdır.

“Boeinq” istehsalı olan “Harpoon” da məqsəduyğundur, lakin daha öncə hərbi sahədə ABŞ-la ciddi əməkdaşlığımız olmadığı üçün bu varianta bir qədər ehtiyatla yanaşıram. RGM-84 raketlərinin açıq dəniz üçün yararlı raket olduğunu nəzərə alsaq, bu variantın daha diqqətlə araşdırılması vacibdir. Digər tərəfdən Rusiyanın silah bazarını məhdudlaşdırmaq məqsədilə ABŞ prezidentinin məsləhətçisi Bolton vasitəsilə dayanmadan silah təklifi ilə bağlı bəyanatların səsləndirməsi bizim üçün də cəlbedici ola bilər.

Digər bir maraqlı seçim NSM (Nytt Sjomals Missile - Dəniz Zərbə Raketi) hesab edilə bilər. Raket Norveç Dəniz Donanmasının ehtiyaclarını ödəmək üçün yerli “Kongsberg Defence Systems” şirkəti tərəfindən hazırlanıb, hazırda Avropa və ABŞ-da yeni potensial müştərilərinin axtarışındadır. Bu yüksək dəqiqlikli zəif görüntüyə malik raketlər dəniz və sahil zolağında son dərəcə aşağı yüksəkliklərdə fəaliyyət göstərir və səmərəli şəkildə gəmilərin müdafiəsini yara bilir.

“Kongsberg” şirkətinin istehsalı olan NSM raket ailəsinə, həmçinin F-35 “Lightning II” qırıcılarında istifadə olunan “Joint Strike Missile” (JSM) raketləri də daxildir. Avstraliyanın iştirakı ilə hazırlanan JSM raketi “BAE Systems” tərəfindən istehsal edilən ikinci müstəqil passiv radio tezlikli tuşlama sensoru və ikitərəfli kommunikasiya kanalı ilə təchiz olunacaq.

409 kiloqram ağırlığında olan NSM raketi, 3.96 metr uzunluğunda kompozit korpusa və 200 km-dən çox atəş məsafəsinə sahibdir.

Bu raket passiv tuşlama sistemi GPS və final trayektoriyada hədəfləri tanıyan ikidiapazonlu termal axtarış sistemli özütuşlanan başlıqla təchiz edilir.

Şirkətin sualtı qayıqlardan şaquli buraxıla bilən variantlar da hazırlamasına baxmayaraq, NSM raketi, gəmilərdən və sahildən maili atıcı qurğulardan da buraxıla bilir. NSM raketlərinin yüksək dəqiqliklə, havadan yer hədəflərinə hücum edə bilən JSM versiyası da mövcuddur.

RBS15-in mövcud variantlarına bənzər yeni raket, mövcud RBS15 Mk3 raketinin modifikasiyalaşmış versiyası olacaq. Bütün şəraitlərdə istifadə edilə bilməsi, kompozit komponentlərdən geniş istifadə etməklə korpusun çəkisinin azaldılması, yeni naviqasiya və RLS avadanlıqları yenilənənlər arasındadır. “Saab” şirkətinin məlumatına görə, yeni nəsil raketin dizaynı onun gələcəkdə modernləşdirilməsini həyata keçirməyə imkan verir. “Saab” və “Diehl Defence” şirkətlərinin ən son Mk3 də daxil olmaqla müxtəlif versiyalarda RBS15 raketləri Xorvatiya, Finlandiya, Almaniya, Polşa və İsveç HDQ-nin silahlanmasında yer alır.

660 kq şəkiyə malik RBS15 Mk3 raketinin uzunluğu 4.35 metr, diametri 50 sm, quyruq pərlərinin açılımı 140 sm-dir, atəş məsafəsi isə 250 km-dən çoxdur.

RBS15 Mk3 raketlərində isə naviqasiya sistemi hesabına daha uzaq atəş məsafəsi əldə edilib, traektoriyanın rahat keçilməsi üçün əlavə olaraq aralıq koordinatlar daxil edilib, döyüş başlığı təkmilləşdirilib və məhvetmənin planlaşdırılması yaxşılaşdırılıb. Yerüstü hədəflərə hücum üçün GPS sistemi də inteqrasiya edilib və raketin infraqırmızı görüntülənmə siqnaturası azaldılıb.

Sonuncu Mk4 variantının əvvəlki RBS15 Mk3-nin xarici ölçü və geometriyasını saxlanmasına baxmayaraq, onun daxilində təmamilə yenidən işlənən bir raket mövcuddur. Raketin kütləsi, daha yüngül kompozit materialdan hazırlanan korpus və digər komponentlərin miniaturizasiyası, o cümlədən bir sıra alt sistemlərin yenidən işlənməsi hesabına azaldılıb. İndi yeni raket Mk3 variantından 10 kiloqram daha yüngüldür və təxminən 650 kiloqram ağırlığındadır.

Bu yenidənqurma əlavə yanacaq həcmini artırmağa imkan verdi ki, bu isə öz növbəsində raketin atəş məsafəsini artırdı. Gəmidən atılan raket su üzərində 300 km-dən artıq məsafə qət edir, təyyarədən buraxıldıqda isə raketin uçuş məsafəsi daha da artır.

“Saab” və “Diehl Defence” şirkətlərinin birgə istehsal etdikləri ilkin məhsulların Baltik dənizində P-15 "Termit" raketləri ilə silahlanan SSRİ gəmiləri ilə mübarizə aparmaq üçün nəzərdə tutulması da Azərbaycan üçün müəyyən dividentlər gətirir.

“Otomat Mk2 Block IV/Teseo Mk2/A” adını alan və “MBDA İtaliya” tərəfindən həyata keçirilən bu proqram, İtaliyaya 40 illik gəmi əleyhinə silahların istehsal və inkişaf təcrübəsi sahəsində əldə etdiyi əsas səlahiyyətləri və texnologiyaları qorumağa imkan verəcək.

Bu tip layihələr davamlı olaraq aidiyyəti qurumlar tərəfindən izlənilməli, onların sınaqları, döyüş tətbiqləri və uyğunluğu dərindən analiz edilməli, araşdırılmalı və nəticələr əldə edilməlidir. Məhz bundan sonra kimdən nəyi və hansı miqdarda əldə edəcəyimiz barədə qərar vermək çətin olmayacaq. Yazıda bilərəkdən Türkiyə, Pakistan, İsrail, Belarus, Ukrayna və s. kimi çox yaxın münasibətlərimiz olan ölkələrin bu tip sahil mühafizə sistemlərinə toxunmadım. Bu ölkələrdə istehsal edilən və ya mövcud olan sistemləri əldə etmək Azərbaycan üçün çətin bir proses deyil. Əslində bəzi sistemlər artıq əldə olunub.

Bu proseslərin təşkilində diqqət ediləcək bir neçə məqam mövcuddur. Birincisi, istehsalçı şirkətin mənsub olduğu ölkə ilə münasibətlər qarşılıqlı dostluq və əməkdaşlıq faktorlarına əsaslanmalıdır.

İkincisi, silah və sursat təchizatında seçilən tərəfdaşların etibarlılığı ilk növbədə zəmanət altına alınmalıdır. Hadisələrin ən pis inkişafı şəraitində belə, təchizat davamlı və fasiləsiz olmalıdır. Müqavilə şərtləri bütün mümkün neqativ halları tam istisna etməlidir. Ən sərt sanksiyalar “A” və “B” variantları ilə neytrallaşdırılmalı və ya təsirləri minimuma endirilməlidir.

Üçüncüsü, universal sistemlərə üstünlük verilməlidir. Eyni raketlərin quru, hava və dəniz platformalarından istifadə imkanları nəzərə alınmalıdır.

Nəticədə isə, komplekslərin atıcı qurğularının həm mövcud, həm də gələcək konsepsiyaya aid raketlərdən istifadə etmək imkanları ön planda yer almalıdır. Digər sistemlər də daxil olmaqla, ixrac potensiallı və daha mükəmməl raketlərin müştərək istehsalının Azərbaycanda təşkili mütləqdir. Sadalanan prinsiplərə riayət olunması gələcəkdə həm təchizat, həm maliyyə, həm də idxal risklərini minimuma endirə bilər.

Hərbi ekspert Ədalət Verdiyev
Yazı Ordu.az-a məxsusdur.

Teqlər: Bal-E   Rusiya   Azərbaycan  

Rusiyanın Azərbaycana “Bal-E” kompleksini satmaması faciə deyil – HƏRBİ EKSPERT (ANALİZ)

2018/12/34534-1544254598.jpg
Oxunub: 1849     11:13     08 Dekabr 2018    