Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Viqen Sarkisyan parlamentdə seçki qanunvericiliyinin dəyişilmiş versiyasının qəbulu prosesinin iflasa uğramasından sonra sabiq iqtidar partiyası olan “Respublikaçılar” partiyasının yuxarı təbəqəsi, o cümlədən deputat fraksiyası ilə görüşüb.
Viqen Sarkisyan, "Respublikaçı"lar partiyasının nəinki seçkilərdə iştirak edəcəyini, hətta 20 % səs toplamaqla ikinci ən böyük siyasi qüvvə olacağını bildirib.
"Bizim uğur əldə etmək üçün insan, kadr, mətbuat və maliyyə resurslarımız var. Hər hansı bir digər partiya deyil, biz fəaliyyətdə olan iqtidarın real müxalifəti olacağıq", - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az