Ordu.az xəbər verir ki, bu barədə “Politico” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Avropa Komissiyası prezidentinin aparat rəhbəri Byorn Zaybert bu barədə yüksək vəzifəli rəsmilərlə keçirilən qapalı şam yeməyində məlumat verib.
Nəşrin yazdığına görə, bu açıqlama Avropa Komissiyasının strukturunda nəzərdə tutulan dəyişikliklərin fonunda fon der Lyayenin əlində həddindən artıq səlahiyyət cəmləşdirilməsi ilə bağlı narahatlıqları aradan qaldırmaq məqsədi daşıyıb.
“Politico” qeyd edir ki, Avropa İttifaqının təsis müqavilələri Avropa Komissiyası prezidentinin vəzifə müddətlərinin sayına məhdudiyyət qoymur. Bununla belə, növbəti seçkilər zamanı Ursula fon der Lyayenin 70 yaşı olacaq.
Bundan əvvəl nəşr Avropa Komissiyasında regional və sosial fondları idarə edəcək yeni investisiyalar baş direktorluğunun yaradılmasının nəzərdən keçirildiyini yazmışdı. Bildirilirdi ki, bu addım fon der Lyayenin qurumdakı təsir imkanlarını daha da artıracaq.
Məlumata görə, yeni strukturun yaradılması Avropa Komissiyasının ən köklü qurumlarından biri olan Regional və Şəhər Siyasəti Baş Direktorluğunun mümkün ləğvi ilə əlaqələndirilir.
Sevinc Əliyeva
Ordu.az