Ordu.az-ın verdiyi məlumata görə, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkənd Beynəlxalq İnvestisiya Forumunun açılış mərasimində bildirib.
Onun sözlərinə görə, ölkədə nəqliyyat-logistika infrastrukturu inkişaf etdirilir və regional bağlantı gücləndirilir.
"Əsas layihələr arasında Çin və Qırğızıstanın iştirakı ilə strateji dəmir yolunun tikintisi, cənub dəniz limanlarına çıxışı təmin edən Trans-Əfqanıstan dəhlizi üzərində iş, həmçinin Xəzər dənizi vasitəsilə Orta Dəhliz marşrutunun inkişafı yer alır", - o bildirib.
O qeyd edib ki, Mərkəzi Asiya getdikcə daha çox qarşılıqlı əlaqəli və açıq iqtisadi məkana çevrilir.
"Bundan başqa, Özbəkistanda səudiyyəli tərəfdaşlarla birgə ildə 20 milyonadək sərnişinə xidmət göstərmək üçün nəzərdə tutulan yeni Daşkənd beynəlxalq hava limanı inşa edilir", - o bildirib.
Prezident investorları sürətli avtomagistralların, logistika mərkəzlərinin və "quru limanların" tikintisi layihələrində iştirak etməyə dəvət edib.
Ordu.az