Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistan müdafiə naziri vəzifələrini icra edən Davit Tonoyan deyib.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın Milli Təhlükəsizlik üzrə müşaviri Con Boltonla təhlükəsizliklə bağlı məsələləri müzakirə etsələr də, hərbi əməkdaşlıq məsələləri barədə danışmayıblar.
Tonoyan, ABŞ-ın Azərbaycana silah satışı məsələsinin müzakirə mövzusu olub-olmaması ilə maraqlanan jurnalistlərə bildirib ki, silah bazarı açıq bazardır və kim hardan bacarır alır.
"Biz Amerika silahlarının satışı məsələsini müzakirə etmədik", - deyə o qeyd edib.
Erməni jurnalistin "Təklif olunduğu halda ABŞ-dan silah alınması mümkündürmü?" sualına Tonoyan bu şəkildə cavab verib: "Qiymət, keyfiyyət və çatdırılma vaxtı məsələsi var, ancaq hələlik buna ehtiyac yoxdur".
O bildirib ki, Boltonla həmçinin Suriyaya humanitar bölmə göndərilməsi məsələsi də müzakirə edilib.
"Humanitar bölmə mütləq göndəriləcək. Hələlik səmərəli yerləşmə həyata keçirilməsi üçün texniki və maddi texniki təminat məsələləri həll edilir", - deyə o sözlərini yekunlaşdırıb.
Alpər Mövludoğlu
Ordu.az