Alman firmalar freqat proqramının xaricilər üçün qapalı olmasını istəyirlər

2018/08/received_462334940928827_1535732894.jpeg
Oxunub: 1464     00:32     01 Sentyabr 2018    
Almaniyanın gəmiqayırma firmaları hərbi gəmi sektorunun yenidənqurulması üzrə elan edilən tenderin beynəlxalq kompaniyalar üçün qapalı keçirilməsini tələb edirlər.

Ordu.az “Defense News”a istinadən xəbər verir ki, onlar ölkənin gəmiqayırma sənayesinin inkişafı üçün bunun zəruri olduğunu vurğulayırlar.

Qeyd edək ki, Almaniya Müdafiə Nazirliyi MKS-180 çoxməqsədli freqat tikintisi üçün başlatmağı planlaşdırır. Ümumilikdə 4 milyard dollar dəyərə malik olan proqram bu ilin sonlarında start götürəcək.

Proqram uğrunda hazırda Hollandiyadan “Damen Shipyards” və “Fransa-Livan investorlarının sahib olduğu “German Naval Yards Kiel” firmaları yarışırlar. Onların hər ikisinin almaniyalı partnyorları var.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Fransa  


Bizi "telegram"da izləyin