Terrorçular Həmada 2 körpünü partladıb - FOTO

2018/08/Снимок_1535722265.png
Oxunub: 2583     21:30     31 Avqust 2018    
Suriyanın Həma vilayətində terrorçular ordunun əməliyyatlarını əngəlləmək üçün körpüləri dağıdır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə Həmanın şimalında Əl-Qab düzənliyində baş verib.

Məlumata əsasən, Əl-Şəriə və Beyr Rəs məntəqələri istiqamətindən bölgəyə giriş imkanı verən hər iki körpü bu gün terrorçular tərəfindən istifadəyə yararsız hala salınıb.

Qeyd edək ki, terrorçular bununla da Suriya Quru Qoşunlarının bölgədə həyata keçirəcəyi potensial əməliyyatların qarşısını almağı planlaşdırır.



Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Həma   Terror  


Bizi "telegram"da izləyin