Peşmərgə İraq ordusunun tərkibində fəaliyyət göstərməyə razı deyil

2018/08/big_1448453779_12305629_1042953525747301_1593255813_n_1535698504.jpg
Oxunub: 1744     14:43     31 Avqust 2018    
İraqın Kərkük vilayətində ordu qüvvələrinin tərkibində fəaliyyət göstərən Peşmərgə silahlıları müstəqil əməliyyatlar arzusundadırlar.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı silahlı birliklərin komandanı general-mayor Qaraman Kamal bildirib.

O qeyd edib ki, artıq rəhbərlik etdiyi hərbi qüvvələr ordu tərkibində göstərilən fəaliyyətlər nəticəsində kifayət qədər təcrübə toplayıb.

Buna görə də İraq hərbi rəhbərliyinə Kərkükdə həyata keçiriləcək əməliyyatlarda Peşmərgə qüvvələrinin İraq ordusundan müstəqil şəkildə fəaliyyət göstərməsinə şərait yaradılması təklifi göndərilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peşmərgə   İraq-ordusu   Kərkük  


Bizi "telegram"da izləyin