“Taliban” Fəryabı yenidən ələ keçirib

2018/08/756756_1535695783.jpg
Oxunub: 3240     14:07     31 Avqust 2018    
“Taliban” qiyamçıları Əfqanıstanın Fəryab vilayətinin əhəmiyyətli hissəsinə nəzarəti ələ alıblar.

Ordu.az “TOLO News”a istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Fəryab bölgə şurasının sədri Nəqibullah Fayiq bildirib.

O qeyd edib ki, qiyamçıların həyata keçirdiyi son hücumlarda ordunun 20-dən çox üzvü həlak olub.

Nəticədə hökumət qüvvələri geri çəkilməli olub və nəticədə bölgənin əhəmiyyətli bir hissəsi qiyamçıların əlinə keçib.

Məlumata əsasən, hazırda hökumətin bölgədəki nümayəndiliyin saxlanıldığı ərazilər və ona qonşu şəhərləri çıxmaq şərtilə Fəryabın təxminən 80 faizə qədəri qiyamçıların nəzarətindədir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Taliban   Fəryab  


Bizi "telegram"da izləyin