TSQ ötən gün 15 PKK üzvünü məhv edib

2018/08/resized_5d255-17bd9cc7martyrs_1535694580.jpg
Oxunub: 2482     13:48     31 Avqust 2018    
Türkiyə Silahlı Qüvvələrinin ötən gün həyata keçirdiyi silsilə əməliyyatların nəticələri açıqlanıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Türkiyə Baş Qərargahı yayıb.

Bildirilib ki, ötən gün ölkənin müxtəlif bölgələrində və Şimali İraqda ümumilikdə 4 hava, 2 quru əməliyyatı həyata keçirilib.

Rəsmi məlumata əsasən, həyata keçirilən əməliyyatlar nəticəsində 9-u İraqın Qara böləsində, 6-sı da ölkə daxilində olmaqla ümumilikdə 15 PKK terrorçusu öldürülüb, daha 6-sı isə yaralanıb.

Ordu həyata keçirilən əməliyyatları itki vermədən yekunlaşdırmağa nail olub.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TSQ   PKK  


Bizi "telegram"da izləyin