Husilər Nəcrana növbəti raket hücumu edib

2018/08/houthi-missile-afp-file-3_2018_1535347655_1535694478.jpg
Oxunub: 2703     13:47     31 Avqust 2018    
Husi qiyamçıları Səudiyyə Ərəbistanının Yəmənlə sərhəd Nəcran bölgəsinə ballistik raket zərbəsi endirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Səudiyyə Ərəbistanının liderlik etdiyi Ərəb koalisiyasının mətbuat katibi polkovnik Turki Əl-Maliki bildirib.

O qeyd edib ki, qiyamçılar koalisiya qüvvələrinin Səudiyyə Ərəbistanının Nəcran vilayətində yerləşən bazasına ballistik raket zərbəsi endirib.

Rəsmi məlumata əsasən, raket Səudiyyə Ərəbistanına məxsus hava hücumundan müdafiə sistemləri tərəfindən aşkarlanaraq məhv edilsə də, hadisə nəticəsində 7 mülki vətəndaş yaralanıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Husilər   Səudiyyə  


Bizi "telegram"da izləyin