Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Türkiyə Baş Qərargahı yayıb.
Bildirilib ki, əməliyyat Hakkarinin Çukurca şəhəri yaxınlığında həyata keçirilib.
Rəsmi məlumata əsasən, əməliyyatlar zamanı endirilən aviazərbələr nəticəsində azı 3 PKK terrorçusu zərərsizləşdirilib.
Dəyanət Ağalarlı
Ordu.az