MAQATE: İran nüvə sazişinin şərtlərinə əməl edir

2018/08/47489_1535636737.jpg
Oxunub: 1628     21:50     30 Avqust 2018    
“İran 2015-ci ildə imzalanmış nüvə sazişində nəzərdə tutulmuş məhdudiyyətlər çərçivəsində fəaliyyət göstərir”.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi bəyanat yayıb.

Bəyanatda deyilir ki, İran uranla bağlı fəaliyyətlərini 2015-ci ildə İranla böyük güclər arasında imzalanmış müqavilədə göstərilən səviyyəyə uyğunlaşdırır.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp may ayında bu sazişin qeyri-bərabər olması və İranın ona tabe olmamasını əsas göstərərək ABŞ-ın bu müqavilədən çıxdığını elan edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MAQATE   İran  


Bizi "telegram"da izləyin