İstanbulda anti-terror əməliyyatlarında 5 nəfər saxlanılıb

2018/08/thumbs_b_c_8b685302e825410928046736c851ca85_1535636233.jpg
Oxunub: 1904     21:37     30 Avqust 2018    
İstanbul polisi vilayətin müxtəlif səmtlərində anti-terror əməliyyatları həyata keçirib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı İstanbul polisi yayıb.

Bildirilib ki, polis və jandarma qüvvələri İstanbulun müxtəlif hissələrində paralel şəkildə anti-terror əməliyyatları həyata keçirib.

Məlumata əsasən, əməliyyatlar nəticəsində PKK terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 5 nəfər saxlanılıb. Saxlanılan şəxslərin evlərindən 2 tapança və 45 mərmi aşkarlanaraq müsadirə olunub.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PKK   Terrorla-Mübarizə  


Bizi "telegram"da izləyin