S-400 danışıqları: Sanksiyalar Rusiya-Hindistan münasibətlərini sarsıdacaqmı?

2018/08/40407609_2182187535386312_573970216732590080_n_1535635531.jpg
Oxunub: 3726     21:29     30 Avqust 2018    
Hindistan Müdafiə Nazirliyinin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alması ABŞ-Hindistan münasibətlərinə ciddi təsir göstərəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Ağ Ev administrasiyası bildirib.

Qeyd olunub ki, ümumi dəyəri 4 milyard dollar olan S-400 layihəsi qəbul ediləcəyi təqdirdə Vaşinqton geniş miqyaslı sanksiyalar paketi tətbiq edəcək.

“Biz tarixi Hindistan-Rusiya əlaqələrini başa düşürük. Biz Hindistanla müzakirələr aparmağı və bu müqavilənin qəbul edilməməsinə çalışırıq. Hindistan daha hava hücumundan müdafiə sistemlərini təchizatını təkmilləşdirmək istəyirsə, ABŞ bu baxımdan Hindistana dəstək göstərməyə hazırdır. Əgər Dehli bu qərarından dönməsə ciddi sanksiyaların tətbiq edilməsi qaçınılmazdır”, - deyə bəyanatda bildirilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Hindistan   ABŞ  


Bizi "telegram"da izləyin