İraq hökumətində ABŞ ordusunun saxlanılması ilə bağlı iki cəbhə formalaşıb

2018/08/40406637_472744026540527_3103912408859541504_n_1535635458.jpg
Oxunub: 4292     21:56     30 Avqust 2018    
İraq hökuməti daxilində ABŞ hərbi qüvvələrinin ölkə daxilində saxlanılmasına dəstək verən və buna qarşı çıxan 2 müxtəlif qrup formalaşıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı yerli mənbələr yayıb.

Bildirilib ki, hazırda İraq baş naziri Heydər Əl-Abadi başda olmaqla bir çox hökumət üzvü ABŞ hərbi qüvvələrinin ölkədən çıxarılması fikrini dəstəkləyir və bu məqsədlə Vaşinqtona təzyiqlər də göstərirlər.

Lakin ordu daxilində Müdafiə naziri və bir çox yüksək rütbəli generallar bu qərara hələlik İraq ordusunun hazır olmadığını bildirirlər.

Qeyd edək ki, hətta Baş nazirin hərbi məsələlər üzrə müşaviri belə ABŞ qoşunlarının ölkədən çıxarılmasının İraqı Əfqanıstana çevirə biləcəyini vurğulayıb.

“Düzdür İŞİD-ə qarşı müharibə yekunlaşdı. Lakin biz bənzər halı Əfqanıstanda “Taliban”la da gördük. ABŞ ordusu çıxmazdan öncə yerli hərbi qüvvələri buna hazırlamalıyıq”, - deyə o əlavə edib.

Qeyd edək ki, Pentaqon İraq hökumətinin ordunun çıxarılması ilə bağlı tələblərinə cavab olaraq ən azından 5200 nəfərlik hərbi qüvvənin saxlanılmasını və bu qüvvələrin İraq ordusuna təlimlər keçməsini təklif edib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   ABŞ  


Bizi "telegram"da izləyin