Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ QQ layihənin ilkin mərhələsinin həyata keçirilməsi üçün 100 min dollar qrant ayırıb.
Layihənin məqsədi ABŞ hərbçilərinin son zamanlar daha da intensiv rast gəlinən probleminə həll tapmaqdır. Söhbət döyüş meydanında transmissiyaya qarışan elektromaqnit siqnalların dost, yoxsa düşmənə aid olduğunun aşkarlanmasından gedir.
Layihəni qazanan mühəndislərin məlumatına görə, onlar çox böyük sayda radiotezlikli siqnalların dəqiq şəkildə aşkarlanaraq təsbit edilməsi üçün siqnal emali və süni zəka alqoritmlərinin kombinasiyasından istifadə edəcəklər.
“Blind Signal” (“Kor Siqnal”) adlı müsabiqəyə ABŞ Quru Qoşunlarının Sürətli İmkanlar İdarəsi sponsorluq edir. Müsabiqədə 49 tərəf yarışsa da sonda adıçəkilən firmanın mühəndisləri qalib olublar.
Ağalar Ağalarlı
Ordu.az