TSQ-dən İraqın şimalında növbəti əməliyyat: Azı 2 terrorçu zərərsizləşdirilib

2018/08/son-dakika-kuzey-irak-ta-saldiri-hazirligindaki-11187028_4595_amp_1535635270.jpg
Oxunub: 3845     21:22     30 Avqust 2018    
Türkiyə Silahlı Qüvvələri PKK terror qruplaşmasına qarşı İraqın şimalında növbəti əməliyyatını keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Türkiyə Baş Qərargahı yayıb.

Bildirilib ki, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar tərəfindən həyata keçirilən əməliyyat İraqın Türkiyə ilə sərhəd Zap bölgəsində baş tutub.

Məlumata əsasən, endirilən aviazərbələr nəticəsində azı 2 PKK terrorçusu məhv edilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İraq   PKK   Terrorla-Mübarizə  


Bizi "telegram"da izləyin