ABŞ donanması yeni F-35 filotiliyası formalaşdırır

2018/08/40496309_2080543355594258_8978933980476735488_n_1535635260.jpg
Oxunub: 3005     21:18     30 Avqust 2018    
ABŞ donanamasının tərkibindəki daha bir aviadaşıyıcıya F-35C qırıcıları inteqrasiya edilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı ABŞ HDQ-nin mətbuat xidməti yayıb.

Bildirilib ki, sözügedən aviadaşıyıcı ABŞ-ın Sakit okeanda Kaliforniya yaxınlığında yerləşdirilən nəhəng ölçülü USS “Carl Vinson” gəmisidir.

Məlumata əsasən, formalaşdırılacaq yeni eskadrilya 10 ədəd F-35C qırıcısından ibarətdir.

Qeyd edək ki, daha öncədən tərkibində 42 qırıcı olan aviadaşıyıcıya edilən son dəyişikliklə 10 ədəd F-35 əlavə edilib və 6 ədəd F-16 qırıcısı isə çıxarılıb. Bununla da yeni dəyişikliklərdən sonra aviadaşıyıcının sahib olduğu eskadrilyaların tərkibindəki qırıcıların sayı 46-ya çatdırılıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   F-35  


Bizi "telegram"da izləyin