Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı şirkətin mətbuat xidməti yayıb.
Bildirilib ki, Avstraliya Kral Hərbi Dəniz Qüvvələri rəhbərliyi şirkətlə 10 ədəd döyüş gəmisinin istehsalı ilə bağlı razılaşdırılan müqaviləni ləğv edib.
Məlumata əsasən, buna səbəb Avstraliya donanmasının sözügedən orta ölçülü döyüş gəmilərinin daha iri həcmli 6 ədəd başqa döyüş gəmiləri ilə əvəz edilməsi istəyi olub.
Belə ki, yeni strateji plana əsasən, Avstraliya donanma rəhbərliyi ordunun xidmətindəki nəhəng ölçülü döyüş gəmilərinin və kreyserlərin daha ön plana çıxarılmasını hədəfləyir.
Qeyd edək ki, 3,5 milyard dollarlıq layihə üzrə işlərə bu ilin oktyabrından start veriləcəkdi.
Dəyanət Ağalarlı
Ordu.az