NI: ABŞ QQ “Bradley”ləri “Stinger” raketlərilə silahlandıracaq

2018/08/40441517_252980052088764_8689194778018971648_n_1535634904.jpg
Oxunub: 1539     00:31     31 Avqust 2018    
ABŞ Quru Qoşunları “Bradley” döyüş vasitələrini “Stinger” havadan müdafiə raketləri ilə silahlandırmağı planlaşdırır.

Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, hazırda bu vasitələrin əksəriyyəti TOW tank əleyhinə raketlərlə silahlanıb.

Bu raketlər əsasə düşmənin zirehli vasitələri, bunker və hərbçilərinə qarşı istifadə olunur. “Stinger”lərin “Bradley”lərə əlavə edilməsi isə onların hücum qabiliyyətini artırmaqla yanaşı, həm də müdafiə imkanlarını da möhkəmləndirəcək.

Məlumata görə, TOW raketlərinin hazırkı versiyası 30 düymdən qalın zirehi deşə bilir. Bu o deməkdir ki, o, 1990-cı illərə aid istənilən tanka qarşı effektivdir. Onun maksimum mənzili isə 3000 metrdən çoxdur.

“Stringer”in əsas üstünlüyü də məhz burda özünü göstərir. Onun zərbə radiusu TOW raketlərindən iki dəfə çoxdur və o infraqırmızı idaəretməyə sahibdir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-QQ   TOW   Stinger  


Bizi "telegram"da izləyin