Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, onillər ərzində İsrailin əsas qərarvericiləri və ordu rəhbərləri İsrail dövlətinin siyasətinin və Yəhudi xalqının zəmanəti olduğunu dilə gətiriblər.
İsrail Müdafiə Qüvvələri öz vəsaitinin, enerjisinin və keyfiyyətli insan resurslarının əsas hissəsini HHQ-yə sərf edir. Təsadüfi deyil ki, o, F-35 qırıcılarını sınaqdan keçirən ilk xarici qüvvə oldu.
İsrail HHQ-nin İkinci Livan Müharibəsində 2 həftə ərzində həyata keçirdiyi əməliyyatlar indi 24 saat ərzində həyata keçirilə bilər.
Lakin artıq İsrail Müdafiə naziri Aviqdor Liberman yeni strategiya üzərində işləyir. Bu strategiyanın məqsədi İMQ daxilində “raket korpusları”nın qurulmasıdır. Söhbət Livanın cənubundan Suriyanın dərinliklərinə qədər əraziləri əhatə edə biləcək ölümcül və həssas ağıllı raketlərdən gedir.
Əslində İMQ-nin artıq onsuz da həssas uzaq mənzilli raketləri var. Lakin Liberman və İsrail Baş Qərargah rəisi Qadi Ayzenkot İsrailin “IMI Systems” şirkətindən raketlərin alınmasına dair nəhəng müqavilənin imzalanmasına qərar veriblər. Bu müqavilə əsasında İMQ tərkibində yeni raket filotiliyası yaradılmalıdır.
Plana görə, IMI raketlərin əksəriyyətini istehsal etdikdən sonra onları İsrail donanma gəmiləri və təyyarələrindən atıla biləcək səviyyəyə gətirməlidir. Bunun üçün təxminən 160-220 milyon dollar xərclənməsi gözlənilir.
Ağalar Ağalarlı
Ordu.az