Efiyopiyada helikopter qəzası: 18 nəfər həlak olub

2018/08/thumbs_b_c_61b1c9d82972bc9fd8d7533ad7303c4e_1535634747.jpg
Oxunub: 3131     21:11     30 Avqust 2018    
Efiyopiya Hərbi Hava Qüvvələrinə məxsus helikopter ölkənin Şoa bölgəsində qəzaya uğrayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə paytaxt Əddis Əbəbədən təxminən 100 kilometr şərqdə baş verib.

Hadisə ilə bağlı yerli mənbələrin yaydığı məlumata əsasən, qəza nəticəsində 15 hərbçi və 3 mülki vətəndaş həlak olub.

Hadisəyə nəyin səbəb olduğu bilinmir. Hazırda hadisənin baş veridiyi ərazidə araşdırma aparılır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Efiyopiya   Helikopter-Qəzası  


Bizi "telegram"da izləyin