NYT: Çinin dəniz quruculuğu ABŞ-ı Sakit okeandan kənarlaşdıra bilər

2018/08/40376865_1855073391246776_549735911009550336_n_1535634658.jpg
Oxunub: 2518     23:46     30 Avqust 2018    
Çin donanması bir neçə gün öncə ilk milli aviadaşıyıcısının ikinci dəniz sınaqlarını başlatdı. Çinin artıq istifadədə olan iki aviadaşıyıcısı var və üçüncü tikinti mərhələsindədir.

Ordu.az “New York Times”a istinadən xəbər verir ki, ölkə qısa zaman ərzində daha 5 yaxud 6 ədəd belə gəmi tikə bilər.

Çinin artıq Birləşmiş Ştatlarınkından daha geniş donanması var. Belə ki, Çin donanmasında aktiv xidmətdə olan döyüş gəmiləri və sualtı gəmilərin sayı 317 olduğu halda, bu rəqəm ABŞ-da 283-dür.

Rəsmi olaraq Çin təkcə son on il ərzində 100-dən çox döyüş və sualtı gəmi tikib. 1995-ci ildə Çinin sadəcə 3 sualtı gəmisi var idisə, bu gün bu 60-a bərabərdir və tezliklə 80-ə çatdırılması planlaşdırılır.

ABŞ donanması hələ də keyfiyyətinə görə daha üstün olsa da, Çinin ABŞ-ın hərbi texnologiyasından böyük ölçüdə yararlandığı bildirilir. Ötən il Çin həm də yeni sinifli ağır kreyserlərindən birincisini təqdim etdi. ABŞ-ın Dəniz Kəşfiyyat İdarəsinə görə, onun bir çox aspektləri Qərbdəkilərə bənzəyir. Bu ilin iyul ayında bu gəmilərdən daha ikisi istifadəyə verildi.

ABŞ-ın Hind-Sakit Okean Komandanlığının yeni komandanı admiral Filip Davidsonun sözlərinə görə, Çin artıq ABŞ-la bütün qısa müharibə ssenarilərində Cənubi Çin dənizinə nəzarət etmək imkanına malikdir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   ABŞ   Donanma  


Bizi "telegram"da izləyin