Britaniya qırıcılarını super sürətli raketlərlə silahlandırır

2018/08/40369458_2083003858399121_1691061721176735744_n_1535634502.jpg
Oxunub: 2890     23:05     30 Avqust 2018    
Birləşmiş Krallıq özünün yeni F-35 qırıcı təyyarələrini 3700 km/saat sürətə malik super sürətli raketlərlə təchiz edir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu bardə Britaniya Müdafiə Nazirliyinin rəsmiləri bildiriblər.

Onların məlumatına görə, 1931 km/saat sürətə malik F-35 təyyarələri Britaniya istehsalı Qabaqcıl Qısa Mənzilli Hava-Hava Raketləri (ASRAAM) raketləri ilə silahlandırılıblar.

Bu raketlər təqribən 50 kilometr mənzilə sahibdirlər ki, bu da onların öz hədəflərini cəmi 48 saniyə ərzində vura biləcəklərini göstərir.

Qeyd edək ki, Britaniya “Lockheed Martin”in həyata keçirdiyi F-35 proqramının ortaqlarından biridir. Bu proqramda 15%-lik paya sahib Britaniya iqtisadiyyatının bu layihədən 35 milyard funtsterlin qazanması və 25 mindən artıq iş yerinin açıldığı ehtimal edilir.

Ümumilikdə 138 ədəd F-35-in alınması nəzərdə tutulub. İlkin olaraq əldə ediləcək 48 ədəd təyyarəyə 9,1 milyard funtsterlinq xərclənəcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   F-35   Raket  


Bizi "telegram"da izləyin