Ordu.az “İraqi News”a istinadən xəbər verir ki, bu barədə Diyalənin Əbu Sayda qəsəbəsinin təhlükəsizlik komitəsinin rəhbəri Əvad Rubai bildirib.
Onun sözlərinə görə, terrorçuların hərəkəti ilə bağlı məlumat təhlükəsizlik qurumları tərəfindən də təsdiqlənib. Dəqiq say bilinməsə də, onların 180-ə qədər olduğu ehtimal edilir.
Qeyd edək ki, 2016-cı ildə koalisiya qüvvələri və yarımhərbi qoşunların dəstəyi ilə hökumət qüvvələrinin Diyalədə başlatdığı hərbi kampaniya nəticəsində bu vaxta qədər minlərlə İŞİD terrorçusu məhv edilib.
Ağalar Ağalarlı
Ordu.az