İsrailli nazir: “İran-Suriya müqaviləsi “qırmızı xətti” keçməkdir”

2018/08/457645646_1535633485.jpeg
Oxunub: 4332     20:50     30 Avqust 2018    
“İran və Suriya arasında yenicə imzalanan müdafiə üzrə əməkdaşlıq müqaviləsi artıq İsrailin “qırmzı xətti”ni keçmək deməkdir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri İsrailin Kəşfiyyat naziri Yisrael Katz səsləndirib.

O bildirib ki, bu müqavilə İsrailin çəkdiyi “qırmızı xətti” keçmək deməkdir və İsrail buna səssiz qalmayacaq.

“İsrail İrana Suriyada yerləşməyə imkan verməyəcək. Biz, İranın Suriyadakı mövqeyinə qarşı bütün gücümüzlə mübarizə aparacağıq. Bu İsrail dövlətinin təhlükəsizliyinə hədədir”, - deyə Katz əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran-İsrail   Qırmızı-xətt  


Bizi "telegram"da izləyin