Növbəti Rusiya gəmisi Suriyaya yola düşüb

2018/08/40400233_255691995288206_5009940129419100160_n-775x516_1535633249.jpg
Oxunub: 1364     20:46     30 Avqust 2018    
Rusiya donanmasına məxsus “Ro Ro Sparta III” hərbi yükdaşıma gəmisi Suriyanın Tartus limanına doğru irəliləyir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki. bu barədə rəsmi açıqlamanı Bosfor Müşahidəçi Qrupu yayıb.

Bildirilib ki, bu gün səhər saatlarında İstanbul sahillərində görünən “Ro Ro Sparta” yük gəmisi saat 11:00 radələrində Bosfor və Dardanel boğazlarını keçərək Aralıq dənizinə daxil olub.

Məlumata əsasən gəmidə müəyyən qədər humanitar yardım yer alsa da, əsas etibarilə ağır artilleriya silahları üçün mərmilər və raketlər olmaqla külli miqdarda hərbi yardım olub.

Qeyd edək ki, son 3 həftədə Rusiyadan Suriyaya göndərilən gəmilərin sayı 15-i keçib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Suriya-böhranı   İdlib  


Bizi "telegram"da izləyin