Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hücum ordunun 203-cü “Thunder” korpusu tərəfindən həyata keçirilib. Əməliyyat nəticəsində azı 8 qiyamçı məhv edilib, 17-si isə yaralanıb.
Bəyanatda həmçinin qeyd olunub ki, ordu “Nicat” əməliyyatları çərçivəsində təmizləmə səylərini davam etdirir. Bu işlər çərçivəsində raket aıtıcılar, hücum tüfəngləri, pistollar və radio qurğular ələ keçirilib.
Ağalar Ağalarlı
Ordu.az