Peşmərgə 11 İŞİD terrorçusunu məhv edib

2018/08/image_1535630999.jpg
Oxunub: 4681     20:08     30 Avqust 2018    
İraqın Neynəvə vilayətində İŞİD terrorçularına qarşı əməliyyat keçirən Peşmərgə qüvvələri 11 terrorçunu məhv edib.

Ordu.az “İraqi News” agentliyinə istinadən xəbər verir ki, bu barədə Peşmərgənin Kuvair-Maxmur bölgəsindəki komandiri olan Sirvan Barzani bildirib.

Onun sözlərinə görə, İraq ordusunun nəzarətində olan bölgələrdə fəaliyyətini davam etdirən terrorçulara qarşı keçirilən əməliyyatlar çərçivəsində koalisiya qüvvələri Peşmərgə ilə əməkdaşlıq çərçivəsində İŞİD-ə zərbələr endirib.

Bildirib ki, qurudan da öz hücumlarını həyata keçirən Peşmərgə beş İŞİD sığınacağını hədəf alıb və nəticədə 11 terrorçu məhv edilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peşmərgə   İŞİD  


Bizi "telegram"da izləyin