“Namejs-2018” təlimlərinə start verilib

2018/08/1535618147-5101_1535630729.jpg
Oxunub: 1502     20:04     30 Avqust 2018    
Latviyada keçirilən “Namejs-2018” hərbi təlimləri Ukrayna, Latviya və Polşa hərbi qüvvələrinin hazırlıq səviyyəsinin artırılmasına kömək edəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, təlimlər Latviyanın Cekabpils şəhəri ətrafında həyata keçirilir.

Təlimlər bağlı Latviya Müdafiə Nazirliyindən verilən rəsmi məlumatda qeyd olunub ki, təlimlər NATO proqramı çərçivəsində regional miqyasda həyata keçirilir.

“Latviya, Ukrayna və Polşadan ümumilikdə 10 minə qədər hərbi qüvvənin iştirak etdiyi təlimlər daha bir Ukrayna ssenarisinin qarşısının alınmasına imkan verəcək. Təlimlərin əsas məqsədi hərbçilərin döyüş hazırlığını yüksəltmək və onları ən gözlənilməyən döyüşlər üçün belə tam hazır vəziyyətdə saxlamaqdır”, - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, bu gün start götürən təlimlər sentyabrın 2-də yekunlaşacaq.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Namejs-2018   Təlimlər  


Bizi "telegram"da izləyin