Pentaqon yeni nüvə imkanları axtarır

2018/08/7FE546E8-DD90-44D5-8375-F37A69A7354E_w1023_r1_s_1535628870.jpg
Oxunub: 2143     19:31     30 Avqust 2018    
ABŞ yeni nəsil nüvə silahlarının təkmilləşdirilməsi üzərində işləyir.

Ordu.az xarici xəbər verir ki, bu barədə rəsmi məlumatı Pentaqonun mətbuat xidməti yayıb.

Bildirilib ki, nüvə təkmilləşdirilməsi layihələrinin iki istiqamətli olaraq aparılması planlaşdırılır.

Belə ki, Pentaqon rəhbərliyi həm nüvə raketlərinin təkmilləşdirilməsini, həm də enerji məqsədli istifadənin təşviq edilməsini planlaşdırır.

Məlumata əsasən, bu məqsədlə artıq kiçik modul tipli reaktorların qurulmasına start verilib.

Qeyd edək ki, bununla Pentaqon həm ordu daxilində artan enerji ehtiyaclarını daha effektiv və az maliyyətli üsullarla qarşılamağı planlaşdırır, həm də nüvə silah təchizatını modernizasiya etməyi düşünür.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Nüvə-silahları  


Bizi "telegram"da izləyin