Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu fikirləri səfərdə olduğu Helsinkidə Finlandiya prezidenti Sauli Niinisto ilə birgə mətbuat konfransında səsləndirib.
Onun fikirlərinə görə, təkcə Türkiyə ilə deyil eyni zamanda Rusiya ilə də bu tipli əlaqələr qurulmalı və post-Soyuq Müharibə əlaqələri modernləşdirilməlidir.
“Avropa İttifaqının Türkiyə, həmçinin Rusiya ilə strateji əlaqələr qurması bizim maraqlarımıza uyğundur. Bu, uzaq vədədə stabillik meydana gətirəcək və bizi daha da gücləndirəcək”, - deyə Makron bildirib.
Makron Rusiya və Aİ arasında yeni əlaqələrin gündəminə dair danışarkən, bunun kibertəhlükəsizlik, müdafiə, strateji əlaqələri əhatə edə biləcəyini diqqətə çatdırıb.
Ağalar Ağalarlı
Ordu.az