Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, döyüşlərə SQQ-nin 1-ci, 3-cü və 10-cu diviziyaları qoşulub.
Həmçinin Suriya Hərbi Hava Qüvvələri bir neçə bölgədə terrorçuların mövqelərinə zərbələr endirib.
İŞİD terrorçuları ilə hökumət qüvvələri arasında bir neçə saat davam edən intensiv döyüşlərdən sonra terrorçuların müdafiə xəttini yarmaq mümkün olub. Bununla da Huvi Avad magistralı ordunun nəzarətinə keçib. Bu magistral terrorçular tərəfindən istifadə edilən ən önəmli təchizat xətlərindən biri idi.
Ağalar Ağalarlı
Ordu.az