Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ donanmasının rəsmisi bildirib.
Bildirilir ki, əməliyyatı ABŞ donanmasının Mərkəz Komandınlığına bağlı “Arleigh Burke” sinifli “USS Jason Dunham” esminesinin heyəti həyata keçirib.
Rəsminin sözlərinə görə, tapılanlar arasında AK-47 kimi silahlar da var. Ümumilikdə 1000 ədəddən çox kiçik çaplı silahın ələ keçirildiyi bildirilir.
Gəminin getdiyi yer dəqiq bilinməsə də, onun husilərə silah daşıdığı ehtimal olunur. Hazırda ABŞ donanması qayığın mənşəyi və getdiyi yeri aydınlaşdırmaq üçün göyərtədə tapdığı sübutları analiz edir.
Ağalar Ağalarlı
Ordu.az