Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı qiyamçılara yaxın mənbə yayıb.
Qeyd olunub ki, bu gün ölkənin Mərib vilayəti yaxınlığında yerləşən Cerə və Səlb dağlarında ordu ilə qiyamçılar arasında geniş miqyaslı qarşıdurmalar baş verib.
Rəsmi məlumata əsasən, döyüşlər nəticəsində bölgənin strateji Harib məntəqəsi qiyamçıların nəzarəti altına keçib. Qarşıdurmalar nəticəsində Yəmən ordusunun 20-dən çox üzvünün həlak olduğu bildirilib.
Dəyanət Ağalarlı
Ordu.az