TSQ silahlı PUA-larla terrorçulara qarşı əməliyyat keçirib

2018/08/thumbs_b_c_d87710bba435da69213ee472a35f731b_1535610672.jpg
Oxunub: 1781     14:25     30 Avqust 2018    
Türkiyə Silahlı Qüvvələri silahlı PUA-ları ilə Hakkaridə PKK-ya qarşı əməliyyat həyata keçirib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, əməliyyat Hakkarinin Yüksəkova bölgəsində təşkil olunub.

Bölgənin Yürekli kəndindən alınan kəşfiyyat məlumatına əsasında bu gün 00:30 radələrində PKK terrorçularına qarşı əməliyyat başladılıb.

PUA-ların havadan dəstəyi ilə baş tutan əməliyyat nəticəsində bölgədə fəaliyyəti aşkarlanan 2 PKK terrorçusu sağ şəkildə ələ keçirilib. Əməliyyat davam edir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TSQ   PKK   Terror  


Bizi "telegram"da izləyin