Netanyahudan İran və Suriyaya təhdid: "Mövqelərinizi vura bilərik"

2018/08/thumbs_b_c_30ed68978f150595f2346c45aa1f50d5_1535609115.jpg
Oxunub: 3105     14:02     30 Avqust 2018    
İsrail Baş naziri Benjamin Netanyahu Suriyada Əsəd hökuməti və İrana aid mövqeləri hədəf almaqla bağlı təhdid edib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Dimona nüvə reaktoruna sabiq prezident Şimon Peresin adının verilməsi ilə bağlı təşkil olunan mərasimə qatılan Netanyahu önəmli açıqlamalar edib.

Əsəd hökuməti və Tehran rəhbərliyi arasında imzalanan hərbi əməkdaşlıq sazişinə toxunan nazir bunun İsraili çəkindirməyəcəyini vurğulayıb.

“İsrail ordusu İranın Suriyada əsgər və qabaqcıl silah sistemləri yerləşdirmə təşəbbüslərinə qarşı güclü və qərarlı şəkildə mübarizə aparmağa davam edəcək”, - deyə o bildirib.

Xatırladaq ki, İran Müdafiə naziri Əmir Hatəminin ötən həftə Dəməşqə səfəri zamanı iki ölkə arasında hərbi əməkdaşlığın gücləndirilməsinə dair müqavilə imzalanıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran   Suriya  


Bizi "telegram"da izləyin