Rusiya donanması Suriya yaxınlığında təlimlər keçirir

2018/08/Russian-warship-Syria-ISIS-1484743_1535608086.jpg
Oxunub: 1812     13:47     30 Avqust 2018    
Rusiya Suriya yaxınlığında dəniz təlimləri keçirməklə Birləşmiş Ştatların Aralıq dənizindəki hərbi quruculuğuna qarşı əzələ göstərişi edir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Moskvanın son günlərdə Suriya sularına cəmlədiyi döyüş gəmiləri burada dəniz manevrləri həyata keçirir.

Xatırladaq ki, bir neçə gün öncə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Suriyada növbəti bir kimyəvi silah hücumuna ABŞ və müttəfiqləri tərəfindən sərt cavab veriləcəyini bildirib.

Bundan sonra gərginləşən vəziyyət Rusiya Müdafiə Nazirliyinin Suriyanın İdlib vilayətindəki terrorçuların kimyəvi silahlardan istifadə edərək təxribat törətməyi planlaşdırdıqlarını bəyan edib.

Digər tərəfdən Suriya ordusu İdlib vilayəti istiqamətində yeni əməliyyata hazırlığı davam etdirdiyi müddətdə ABŞ-ın da bölgədə möhkəmləndiyinə dair xəbərlər yayıldı. Bundan sonra isə Rusiya donanması bir-birinin ardınca Suriyanın Tartus limanı yaxınlığına 10-a yaxın döyüş gəmisi göndərib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Rusiya   Təlim  


Bizi "telegram"da izləyin