Türkiyə BQ rəisi: “Son terrorçu zərərsizləşdirilənə qədər əzmlə çalışacağıq”

2018/08/thumbs_b_c_cd329c27108fc00a5aba59c3ec6b8400_1535547349.jpg
Oxunub: 1531     21:00     29 Avqust 2018    
“Uca millətimizə layiq olmaq üçün fasiləsiz olanaraq həyata keçirilən terrorla mübarizə hərakatına ən sonuncu terrorçu zərərsizləşdirilənə qədər əzm və qərarlılıqla davam edəcəyik”.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər səsləndirib.

30 avqust Zəfər bayramı və Türkiyə Silahlı Qüvvələri Günündən dolayı bəyanat yayan Gülər TSQ-nin terrora qarşı apardığı mübarizəsini yüksək dəyərləndirib.

O, terrorun tamamilə aradan qalıdırılmasına qədər eyni əzm və qətiyyətlə mübarizənin davam etdiriləcəyini, bununla yanaşı ölkə xaricindəki dünya sülhü və inkişafına töhfə veriləcəyini vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   TSQ   Terror  


Bizi "telegram"da izləyin