Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, üsyançı qüvvələr İdlib boyunca müdafiə mövqelərini gücləndirmək üçün yeni səngər xətləri çəkirlər.
İdlibin cənubundakı Həma vilayətinin Qab ovasını əhatəyə alan üsyançılar bu bölgələrə çox sayda yeni qüvvə cəmləyib, tunellər və xəndəklər qazıblar.
Qeyd edək ki, artıq bir aydan çoxdur ki, Suriya Quru Qoşunları İdlib əməliyyatına hazırlıq məqsədilə vilayət ətrafında qüvvə toplayır.
Ağalar Ağalarlı
Ordu.az