Hatəmi İranın müdafiə büdcəsinə xüsusi baxış tələb edir

2018/08/2852544_1535538184.jpg
Oxunub: 3659     18:17     29 Avqust 2018    
İran Müdafiə naziri briqada generalı Əmir Hatəmi İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının sədri ilə görüşüb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, sədrdən parlamentdə müdafiə büdcəsinə daha həssas yanaşılmasını və xüsusi nəzərdən keçirilməsini istəyib.

“Ümid edirəm ki, Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının yeni sədri ölkənin müdafiə büdcəsinə xüsusi yanaşılmasını təmin edəcək. Çünki bu gün bizim düşmənlərimiz təhlükəsizliyi və stabilliyimizi pozmaq üçün milyardlarla dollar xərcləyir və öz hərbi qüvvələrini yeniləyirlər”, - deyə o bildirib.

Onun sözlərinə görə, yerli müdafiə sənayesinin ekspertləri ölkənin müdafiə imkanlarını gücləndirmək uğrunda böyük işlər görürlər və bu İranın düşmənlərinin artıq müharibəni alternativlər arasından çıxarmalarına səbəb olur.

Öz növbəsində komissiyanın sədri Heşmətulla Falahatpişeh müdafiə sənayesinin əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib və müdafiə büdcəsindən gözlənilənləri təmin etmək üçün əlindən gələni edəcəyini vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Müdafiə-Büdcəsi  


Bizi "telegram"da izləyin