Ordu.az “Haaretz”ə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı NATO-nun mətbuat xidmətindən verilib.
Qeyd olunub ki, Rusiyanın Suriyaya hərbi və humanitar xarakterli dəstəklər göstərməsi aşkardır. Lakin bu dəstək müəyyən məqamlarda ciddi təhdidlər formalaşdırır.
“Rusiyanın Suriyaya göndərdiyi humanitar dəstəyi təqdirəlayiq hesab edirik. Lakin bu yardım paketi çərçivəsində planlaşdırılan İdlib əməliyyatı üçün olduqca ciddi təhdidlər formalaşdırılır. Belə ki, rəsmi Moskva tərəfindən göndərilən hərbi yardımlar arasında olduqca təhlükəli silahların da olduğu ilə bağlı kəşfiyyat məlumatları mövcuddur. Uzun mənzilli raketlərin terrorçulara və üsyançı qüvvələrə qarşı istifadəsi o qədər də məntiqli görünmür”, - deyə o vurğulayıb.
Dəyanət Ağalarlı
Ordu.az