İraqda terror hücumu: 6 dinc sakin həlak olub

2018/08/1083_1535530601.jpg
Oxunub: 2366     16:15     29 Avqust 2018    
İraqın Anbar vilayətində orduya məxsus nəzarət postu yaxınlığında partlayış baş verib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə Anbarın qərbində Suriya ilə sərhəd zonasında baş verib.

Hadisə ilə bağlı yerli mənbələrin yaydığı məlumatda qeyd olunub ki, hücum terrorçuların ərazidəki avtomobillərdən birinə daha öncə yerləşdirilmiş partlayıcı qurğunun aktivləşdirməsi nəticəsində baş verib.

Məlumata əsasən, hadisə nəticəsində ərazidəki 6 mülki vətəndaş həlak olub, daha bir neçəsi yaralanıb.

Hadisə ilə bağlı hələlik heç bir qruplaşma məsuliyyəti üzərinə götürməsə də, təhlükəsizlik xidməti əməkdaşları İŞİD-dən şübhələnirlər.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   Anbar   Partlayış   Terror  


Bizi "telegram"da izləyin