Donbasda ötən gün: 3 seperatçı zərərsizləşdirilib

2018/08/630_360_1535442569-8815_1535528935.jpg
Oxunub: 1348     15:48     29 Avqust 2018    
Ukraynanın Donbas vilayətində seperatçılarla ordu qüvvələri arasında qarşıdurmalar səngimək bilmir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Ukrayna Birləşdirilmiş Qüvvələr Əməliyyatının mətbuat xidməti yayıb.

Bildirilib ki, ötən gün ərzində seperatçılar 120 və 82 mm-lik minaatanlardan, qumbaraatanlardan və avtomat silahlardan ümumilikdə 32 dəfə atəşkəs rejimini pozublar.

Məlumata əsasən, baş verən qarşıdurmalar zamanı ordu itki verməyib. Əldə edilən kəşfiyyat məlumatlarında 3 seperatçının zərərsizləşdirildiyi qeyd edilib.

Dəyanbət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Donbas   Ukrayna  


Bizi "telegram"da izləyin